Bir yazarın qərəzi

“Yeni Media Jurnalistləri” internet qəzetlərlə bağlı monitorinqin nəticələrini açıqladı “Yeni Media Jurnalistləri” İctimai Birliyi ölkədə fəaliyyət göstərən internet mediası ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, qurumun sədri Xaqani Səfəroğlu bildirib ki, monitorinq zamanı Azərbyacan internet məkanında fəal olan 10-dan artıq xəbər agentliklərinin və internet qəzetlərin fəaliyyəti izlənilib. Monitorinq qrupu tərəfindən lent.az, modern.az, mediaforum.az, qafqazinfo.az, gun.az, aznyus.az, milli.az, vesti.az, publika.az, teleqraf.com, teleqraf.az, kulis.az, musavat.com, informasiya agentliklərinin internet resursu olan apa.az, trend.az, anspress.az, azadinform.az, AzerTAc agentliklərinin fəalliyəti izlənib. Yeni media, internet KİV-ləri son 5 il ərzində öz təsir güclərini əhəmiyyətli dərəcədə artıraraq ictimai-siyasi-mədəni həyatın prioritetlərini müəyyənləşdirən bir seqmentə çevrilib. Monitorinq zamanı bəlli olub ki, ölkədə internetin sürətlə yayılması və əlçatanlığı onlayn medianın təşəkülündə ciddi rol oynayıb və bu sahənin ictimai-siyai həyata təsir imkanlarını xeyli dərəcədə artırıb. Ölkədə bu gün internet qəzetlər və yeni media vasitələri xəbər istehsal edən əsas vasitəyə çevrilib. Bununla bərabər mövcud portallar arasında getdikcə fəaliyyət prioritetləri ilə bağlı əsaslı fərqlər yaranmaqdadır. İnternet portallar xəbər istehsaletmə, aqreqator-portal və sırf əyləncə portalı olaraq ixtisaslaşmağa başlayıb. Öz xəbərlərini istehsal edən portallar azdır Ölkənin onlayn media seqmentində yalnız öz xəbərlərini istehsal edən portallar azdır. Portallar qarışıq xəbər sistemi ilə işləyərək dünya və yerli xəbərlərdən istifadə edirlər. Bununla yanaşı istehsal etdikləri xəbərlərdə siyasi yükə önəm verən portalların sırası formalaşmaqdadır. Bu siyahıya əsasən modern.az, lent.az, aznyus.az, qafqazinfo.az, mediaforum.az, musavat.com, gun.az internet qəzetləri daxildir. Bu onlayn qəzetlərdə ölkə gündəminin vacib siyasi xəbərləri ardıcıl təqib olunur, təhlillər geniş yer verilir. İnternet resurslarda xəbər lentinin yenilənməsi 3-5 dəqiqə intervalla aparılır. İnternet qəzetlərin yerli xəbər sistemində çatışmayan ən ciddi qusuru xəbərlərdə müxtəlifliyin olmamasıdır. Çox vaxt eyni xəbər cüzi dəyişikliklə bütün saytlar tərəfindən yayılır Yeni mediada kriminal və xarici mətbuatdan maraqlı xəbərlərin tərcüməsi diqqəti daha çox cəlb edir. Bu sırada milli.az, lent.az, teleqraf.com, publika.az-ı göstərmək olar. Onlayın mediada ədəbi mühitlə bağlı xəbərləri və prosesləri izləyən resurslar da uğurlu start götürə bilib. Bu sırada kulis.az və ann.az internet qəzetləri ölkənin ədəbi gündəminin nəbzini tuta bilirlər.

Oxucu diqqətini qazanan aqreqator-portallar Monitorinq zamanı məlum olub ki, onlayın mediada xeyli sayda aqreqator- portallar oxucu diqqətini qazana bilib. Yeni media sistemin anlayışlarından olan “aqreqator-portal” xəbər istehsalçısı deyil, daha çox nufuzlu portalların əsas xəbərlərini öz lentinə cəmləyərək onu “bir əldən” oxucuya təqdim edən portallar başa düşülür. Bu sırada internet məkanında kifayət qədər resursları var. Qafqazinfo.az, ann.az, aznyus.az, milli.az, azxeber.az və digər internet qəzetləri bəzi hallarda aqreqator funksiyalarını da daşıyırlar.

“Kopi-past” problemi ciddi məsələyə çevrilib

İndi internet jurnalistikada ən prinsipial məsələlərdən biri müəllif imzasının “yoxa çıxmasıdır”. Bütün dünyada olduğu kimi Azərbaycan internet mediasında da “kopi-past” tendensiyası ciddi problemə çevrilib. Portala məxsus yazı asanlıqla götürülərək oğurlanır. Bu baxımdan internet mediada müəllif hüquqlarının qorunması ilə bağlı ciddi pərakəndəlik və qeyri-müəyyənlik mövcuddur. Bir yazı dəfələrlə saytdan sayta “kopi-past” olunur. Nəticədə əsl müəllifin kimliyini müəyyənləşdirmək həddən artıq çətinləşir. Bəlkə də bunun nəticəsidir ki, yeni mediada imza məsələsi o qədər də önəm kəsb etmir.
Oxucu şərhləri əsas hədəfdir Oxucu şərhləri internet qəzetlərin ən mübahisə doğuran məqamalarındadnır. Bu sahəyə yanaşma fərqlidir. Portallarda bu və digər xəbərlə bağlı etik sərhədləri aşan şərhləri oxumaq mümkündür. Qeyd etmək lazımdır ki, internet KİV-lər üçün oxucu şərhləri onlayn sistemin “nəfəsini” təşkil etməklə portalla oxucu arasında onlayn əlaqəni saxlayan əsas prioritetlərdəndir. Odur ki, portallar oxucu şərhlərinə məmnuniyyətlə yer ayırır. Məsələn, Qafqazinfo.az internet qəzeti üçün oxucu şərhləri prioritetdir. Portal rəhbərliyi xəbər və yazılara gələn şərhlərin əksəriyyətini resursunda yerləşdirir. Modern.az üçün bu şərhlər bir qədər prioritet deyil. Qəzet xəbərlə bağlı yalnız müəyyən oxucu şərhlərini açıqlayır. Mediaforum.az isə şərhlərə öz səhifəsində yer vermir. Son dövrlərdə musavat.com internet qəzeti oxucu şərhlərinə geniş yer verməyə başlayıb. Amma əksəriyəti anonim olan bu kommentlərin real ictimai rəyi əks etdriməsi ciddi sual altındadır. İnformasiya Agentlikləri internet qəzetdirmi? Monitorinq zamanı ölkədə fəaliyyət göstərən İnformasiya agentliklərinin onlayn sahədə fəaliyyəti də izlənib. Qeyd edək ki, internet medianın vüsət alması dünənə qədər qəzet və jurnalları informasiya ilə təmin edən agentlikər üçün yeni imkanlar açıb. Lakin bununla yanaşı onların fəaliyyət istiqamətlərinə yenidən baxmaq zəruriliyini ortaya qoyub. Klassik anlamda əsas prioriteti informasiya satmaq olan agentliklər indi öz xəbərlərini açıq şəkildə yaymaqda maraqlıdırlar. Bu isə çap mediasına zərbə vuran əsas məqamlardan biri sayılmalıdır. Bəlli olduğu kimi İnformasiya agentlikərinin əsas qazancı abunə yolu ilə əldə edilən vəsaitlərdən toplanır. Peşəkar xəbər ənənələrinin yaranmasında məhz informasiya agentliklərinin rolu əvəzsizdir. Lakin internet məkanın cazibədarlığı bu qurumların özlərinin əvvəlki fəaliyyətində ciddi kooreksiyalar etməyə vadar edib. Ona görə də tanınmış agentliklər də internet qəzet funksiyalarını da icra etməyə başlayıblar. Bu sırada yalnız TURAN İA ənənələrinə sadiq qalıb. Turan öz xəbərlərini yalnız bir gün sonra internet resursunda yerləşdirir. Açıq xəbər xidməti sırasında birincilik Azəri-Press Agentliyindədir.(APA) Aqreqator resurslarının böyük faizi məhz APA-ın xəbərlərindən bəhrələnir. Bəzi hallarda isə informasiya agentliyinin xəbərləri sadəcə təhrif edilir və öz xəbərləri kimi təqdim olunur. “İnternet jurnalist” anlayışı formalaşmaqdadı İnternet –jurnalist” anlayışı bizim üçün yeni olduğundan onun iş sistemi barədə də kifayət qədər bilgi yoxdur. Çünki internet əsrində fəaliyyət göstərən müasir jurnalistin işi indi təkcə mətn yazmaqla bitmir. İnternet dövrünün jurnalisti sosial şəbəkələr vasitəsilə auditoriya ilə işləməyi də bacarmalıdır. Bir növ “rəy moderatoru” kimi çıxış etməlidir. İntrenet KİV-də işləyən jurnalistlərin böyük hissəsi çap mediasının, qəzet jurnalistikasının ənənələrindən çıxa bilmirlər. Bunun da obyektiv izahı var: İnternet KİV-lərdə çalışanların çoxu qəzetlərdə çalışan jurnalistlərdir. Şəbəkə KİV-i üçün yazmaq çap mediası üçün yazmaqdan fərqlənir. Burada jurnalitikanın fərdiləşməsi geniş populyarlıq qazanmaqdadır. Bu, jurnalistikada yeni təzahürdür. İstənilən şəxs heç bir məhdudiyyət olamadan informasiya istehsalçısı və yayımçısı kimi çıxış edir.

Nəticələr:

Azərbyacandqa internet media resurslarının durmadan inkişafı ölkəmizin qlobal internet məkanında yer tutması üçün xeyli imkanlar açır. İnternet jurnalistikanın uğurları ilə yanaşı, xeyli sualları da açıq qalıb. Çünki dünyada müzakirə olunan “internet jurnalistikası” problemləri bizim ölkə üçün də aktuallığını saxlayır. Monitorinq zamanı aşağıdakı nəticələr əldə edildi:

İnternet KİV-lər ictimai-siyasi-mədəni həyatın prioritetlərini müəyyənləşdirən bir seqmentə çevrilib. Azərbaycan internet mediasında da “kopi-past” tendensiyası ciddi problemdir. İnternet jurnaistikada peşə və etik kodeksin formalaşdırılması zəruri məsələdir. Peşəkar jurnalistika ənənələrinin zədələnməsi tendensiyası var. Müəllif huquqlarının müdafiəsi sahəsində cidd problemlər mövcuddur.
“Yeni Media Jurnalistləri” İB-i internet media ilə bağlı monitorinqlərini davam etdirəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO