Biləcəri qəsəbəsini bələdiyyə sədri İlham Xəlilov “Bizim Yol”qəzetini və 10 saylı Binəqədi ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Qorxmaz İbrahimlini məhkəməyə verir. Bu barədə Modern.az –a bələdiyyə sədrinin özü bildirib. Onun sözlərinə görə, “Bizim yol” qəzeti deputatlığa namizəd Q. İbrahimlidən götürdüyü müsahibədə namizədin onun ünvanına təhqiredici ifadələri yer alıb. Bələdiyyə sədri məhkəməyə müraciət etmək üçün əlində əsasının olduğunu deyib.
“Bizim yol” qəzeti bü günkü sayında deputatlığa namizəd Qorxmaz İbrahimli ilə müsahibə təqdim edib. Həmin müsahibədə seçki təbliğatı ilə bağlı problemlərdən danışan deputatlığa namizəd Biləcəri bələdiyyə sədrinin ünvanına sərt ifadələr işlədib.
Q. İbrahimli bələdiyyə sədrini “hektarlarla torpaq satışından harınlamış” adlandıraraq
İlham Xəlilovun insan “alqı-satqı”sı ilə məşğul olduğunu da deyib. Namizəd bildirib ki, bələdiyyə sədri səlahiyyət hədlərini aşaraq, yığdığı sərvəti ilə dövlət qurumlarındakı insanları satın alır və hazırki deputatın muzdlu əsgərlərinə çevirir.
İ.Xəlilov isə müsahibədə yer alan “insan alqı –satqısı” və torpaq satışı ilə bağlı deyilənləri özünə qarşı böhtan hesab etdiyni bildirib.
Modern.az