Beynəlхalq media qurumlarının bitərəfli mövqeyi

Bu gün dünyada mövcud olan beynəlхalq media qurumları Dağlıq Qarabağ, Kəşmir kimi müəyyən məsələlərdə birtərəfli mövqe tuturlar. Bu barədə jurnalistlərə açıqlamanı Azərbaycan Jurnalist Qadınlar Assosiasiyanın təşkil etdiyi görüşdə Pakistanın Azərbaycandakı səfiri İnayat Ullah Kakar verib. Bildirib ki, beynəlхalq media qurumlarının terrorizmə qarşı mübarizədəki mövqeyini də buna misal gətirmək olar: «Pakistan 2001-ci ildən bu tərəfə terrorizmlə mübarizədə 40. 000 itki verib. İqtisadiyyatımız 65 milyard dollardan çoх ziyan görüb». Səfir bildirib ki, bütün bunların əvəzində Qərb mediası öz bildiyi kimi yayım edir, Pakistan-Əfqanıstan münasibətlərinə laqeyd yanaşırlar. Səfir Pakistanla Azərbaycan arasında medianın fəal əməkdaşlıq və mübadilə etməsini vacib hesab etdiyini bildirib. («OLAYLAR»İA)

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO