Beynəlxalq konfransda ən yaxşı jurnalist yazılarının qaliblıəri mükafatlandırılıb

Bakıda keçirilən “Qafqaz Albaniyasının tarixi və mədəni irsi insan hüquqları kontekstində” beynəlxalq tədbir şərçivəsində “Mədəni irs və tarix-mədəniyyət qoruqları” mövzusunda ən yaxşı məqalələr müsabiqəsinin qaliblərinin mükafatlandırması mərasimi olub.

SalamNews xəbər verir ki, mükafat komissiyası müsabiqə şərtlərinə cavab verən, peşəkar jurnalistika baxımından uğurlu saydığı aşağıda adları çəkilən məqalə və müəllifləri qalib elan edib.

Birinci yer – Tağıyev Aydın. “Şabran – hər daşı tarixləşən şəhər”

İkinci yer – Xəlilzadə Flora. “Abidələr şəhərinin ağır taleyi”

Üçüncü yer – Abuşova Nigar. “İşğal edilmiş mədəni irs – Şuşa tarix-mədəniyyət qoruğu”

Mükafatları qaliblərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib.

– See more at: http://salamnews.org/az/news/read/130066#sthash.RuE7IcRz.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO