“Beynəlxalq ekspertlər Azərbaycanda onlayn medianın durumunu dəyərləndirəcək”

“Onlayn medianın vəziyyəti ilə bağlı yaxın günlərdə tədbirimiz olacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, qeyd edib ki, həmin tədbirdə çap mediasının nümayəndələri ilə yanaşı, onlayn medianın da rəhbərləri iştirak edəcək.

Ə. Amaşov bildirib ki, tədbirdə ekspertlərin müşayiəti ilə onlayn jurnalistikanın vəziyyəti, onlayn mediada peşə-davranış qaydalarına necə əməl olunması müzakirə olunacaq.

“Çox yaxın günlərdə, yəqin ki, bu ayın sonuna qədər biz bu tədbiri reallaşdırdıq. Ümumiyyətlə, 2014-cü ili internet ili elan etmişik və bu ildə orta və iri həcmli bir sıra tədbirlərimiz olacaq. Ən böyük tədbirlərdən biri iyun ayının əvvəllərində reallaşacaq. Beynəlxalq səviyyədə olacaq tədbirə xarici ölkələrdən ekspertlər də dəvət olunacaq. Onlarda onlayn medianın vəziyyətinin necə olması və ölkəmizdə bununla bağlı vəziyyəti necə müşahidə etdikləri müzakirə olunacaq. Həmin tədbirdə rəsmi qurumların nümayəndələri ilə yanaşı, internet mediasının da rəhbərləri iştirak edəcək. Eyni zamanda ara dövrlərdə də bizim bir sıra tədbirlərimiz olacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO