Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və Azəri-Türk Qadınlar Birliyinin iştirakı ilə bu ilin mayında Belçikada keçirilən “Barış qadınlardan keçir” adlı konfransı yenidən bu ölkənin nüfuzlu və ən çox oxunan “Le Soir” qəzeti gündəmə çıxarıb. DİDK-dən verilən məlumata görə, bu barədə məlumat Belçikada türk dilində çıxan “Yeni Beltürk” qəzetində yer alıb. Qeyd edək ki, yazıda Belçika senatoru D.Tilmansın da bu məsələ ilə əlaqədar açıqlaması yayımlanıb. O deyib ki, 21 sentyabr – Beynəlxalq Sülh Günündə Tbilisidə keçiriləcək II konfransa Azəri-Türk Qadınlar Birliyinin sədri T.Rüstəmxanlı ilə Ermənistan təmsilçisi Rima Arekelyan da dəvət olunub. Onlar cəbhə xəttində gərginləşən durumun aradan qalxması üçün qadınların hansı işləri görə biləcəyi mövzusunda müzakirələri davam etdirəcəklər.