Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində “Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi” adlı I Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
BDU-nun Mətbuat və İnformasiya şöbəsindən SalamNews-a verilən məlumata görə, bu, jurnalistika sahəsində çalışan alim və gənc tədqiqatçılar tərəfindən aparılan elmi-tədqiqat işlərini məqsədəuyğun istiqamətə yönəltmək, keyfiyyətini daha da yüksəltmək, əldə olunan mühüm elmi nəticələri müzakirə etmək məqsədi daşıyıb.
Konfrans materialları məcmuə şəklində nəşr olnub. 449 səhifəlik məcmuəyə xarici müəlliflərin yazıları da daxil edilib.