2013-cü il üçün dövlət büdcəsi zərfində hakimiyyət tərəfindən maliyyələşən informasiya qurumlarına ayrılması nəzərdə tutulmuş məbləğ göstərilib.
Modern.az büdcə zərfinə istinadən bildirir ki, gələn il üçün büdcədən Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) 5 milyon 869 min 980 manat, “Azərbaycan Dövlət Televiziyası” QSC-yə 34 milyon 500 min manat, İctimai Televiziyaya 15 milyon 580 min 921 manat ayrılıb.
“Azərbaycan” Nəşriyyatına isə 852 min 720 manat nəzərdə tutulub.
Modern.az