BBC-Azərbaycan xidməti: «Ermənistan prezidenti Serj Sarkisyanın sözləri düzgün tərcümə olunub və təhrif edilməyib»

Erməni mənbələrinə istinad edən bəzi agentliklər S.Sarkisyanın BBC-Azərbaycan xidmətinin efirində verilmiş sözlərinin təhrif edildiyini xəbər verir. BBC-in məlumatına görə, Ermənistan prezidenti jurnalistlərin suallarına erməni dilində cavab verib və onun sözləri ingilis dilinə tərcümə olunub. BBC-Azərbaycan xidməti isə efirə verdiyi məlumatı ilk mənbədən tərcümə etmişdir. «BBC-Azərbaycan xidmətində Serj Sarkisyanın sözlərinin audioyazısı var», – deyə təşkilatın bəyanatında vurğulanır.

Mənbə: day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO