BBC əməkdaşları tətil edir

Dünyanın ən böyük media quruluşlarından olan BBC-də bir günlük tətil elan edilib.

Cümə günü işi yavaşlatma aksiyası keçirən BBC əməkdaşları bu gün tətil edəcək.

Jurnalistlərin Həmkarlar İttifaqı üzvlərinin keçirdiyi tətilin səbəbi BBC-nin əvvəlki rəhbərliyinin qəbul etdiyi qərarlardır. Əvvəlki rəhbərlik 2017-ci ilin aprel ayına qədər xərclərin 20 faiz azaldılmasını nəzərdə tutan strategiya qəbul edib. BBC-nin “Delivering Quality First” (DQF) adlanan bu strateji proqramı həm də 2017-ci ilə qədər 2 min vəzifənin ləğvini nəzərdə tutur.

Həmkarlar İttifaqı BBC-nin Şotlandiya, Asian Network, Dünya xidməti və İngiltərə bürolarındakı bəzi vəzifələrin ləğv ediləcəyini iddia edir.

Hökumətlə əldə edilən razılaşmaya görə, BBC-nin büdcəsini təşkil edən və İngiltərədə televizoru olan hər evdən alınan lisenziya miqdarında 2017-ci ilə qədər hər hansı artım olmayacaq. Bundan əlavə, hökumət 2011-ci ildə BBC-nin Dünya Xidmətinin büdcəsinin Xarici İşlər Nazirliyindən təmin olunması qaydasını ləğv edib. 2014-cü ildən bu xidməti də BBC öz büdcəsindən maliyyələşdirəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO