Baş redaktor internet mediasını vurdu: “Saytlar dəqiqliklərinə şübhə yaradıb”

Baş redaktor internet mediasını vurdu: “Saytlar dəqiqliklərinə şübhə yaradıb”Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ölkədəki elektron mediası ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüb.
O, qeyd edib ki, elektron medianın yaranması və onun yaşaması qanuni olan prosesdir və bu, çox yaxşı haldır:

“Nə televiziyada, nə də qəzetlərdə olan operativlik elektron mediadakı qədər nəzərə çarpır. Amma məsuliyyət baxımından yarandığı gündən saytlar özünün dəqiqliyinə şübhə oyadıb. Yəni xəbəri dərhal vermək xatirinə bəzən onu axıradək yoxlamır və dəqiqliyə nail olmurlar, bu, jurnalist üçün də böyük qüsurdur. Həm də jurnalistin peşə fəaliyyətinə ziddir. İndi söhbət yayılır ki, artıq Facebook da elektron mediadır, sosial şəbəkə də qəzetə çevrilib. Bu fikirlərlə qətiyyən razı deyiləm. Çox təəssüf ki, bu gün sosial şəbəkələr insanların şərəf və ləyaqətinin aşağılanmasında, təhqir olunmasında çox böyük “fəallıq “ göstərirlər. Hətta mən deyərdim ki, bununla özlərinə mənfi imic qazanıblar. Bunlara artıq insanların şərəf və layəqətinə hörmət etməyən “qəzetlər” kimi baxırlar. Mən operativliyi nə qədər yüksək qiymətləndirsəm də, insan şərəfini və ləyaqətini hər şeydən yüksək tuturam. Xəbər saytları xalqın məhəbbətini qazanmaq və gələcəkdə nüfuz sahibi olan media qurumuna çevrilmək istəyirlərsə, sözün məsuliyyətini dərk etməlidirlər. İnsanların şəxsiyyyətinə toxunmayaraq, onlar haqqında olan hər bir xəbərdə dəqiqliyə, qərəzsizliyə, vicdanlılığa əməl etməlidirlər”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO