Bakıda “Yeni Media və Yeni çağırışlar” mövzusunda konfrans keçirilib

Bakıda Mətbuat Şurasının və Multimedia Mərkəzinin təşkilatçılığı “Yeni Media və Yeni çağırışlar” mövzusunda konfrans keçirilib.

SalamNews-un xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, internet mediası ictimai-siyasi həyata və insanların həyatına yüksək sürətlə daxil olub: “Azərbaycanda 1.300.000 Facebook istifadəçisi, 30 min blogger, 50 internet radio və televiziyası və bunların ümumilikdə 250.000 auditoriyası var. İKT üzrə milli strategiya sahəsində nəzərdə tutulan işlər uğurla davam etdirilir. İndi 40-a yaxın dövlət qurumu öz məlumatlarını elektron formada öz istifadəçilərinə təqdim edir.

Tədbir iki paneldən ibarətdir. Birinci paneldə “İnternet mediasının inkişaf tendensiyası və perspektivləri”, ikinci paneldə isə “Sosial mediadan informasiya əldə edilməsi və və informasiyaların yayılmasında effektiv istifadə imkanları” mövzuları müzakirə olunacaq.

Prezident Administrasiyasının İctimai siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib ki, bu gün dünyada gedən qloballaşma həm də internet mediasının inkişafına yönələn bir prosesdir. Əhalinin 70 faizinin internetə çıxışı mövcuddur. İnternet istifadəçilərinin sayı 2 milyonu ötüb.

– See more at: http://salamnews.org/az/news/read/127923#sthash.thDt9ARl.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO