Virtual Qarabağ İKT Mərkəzində “Qarabağnamə – Tələbələrarası İntellektual Yarışması” layihəsinin açılış tədbiri və layihənin internet üzərindən keçirilməsi üçün nəzərdə tutulan qarabagname.com internet portalının təqdimatı baş tutub.
SalamNews-un məlumatına görə, açılış nitqi ilə layihənin rəhbəri Çingiz Səfərov bildirib ki, layihənin məqsədi Qarabağın milli mədəni dəyərlərinin qorunmasında gənclərin rolunu artırmaq, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və tələbə gənclərə mövzu çərçivəsində yeni bilik və məlumatların aşılanmasından ibarətdir. O bildirib ki, layihənin çərçivəsində keçiriləcək əsas oyun televiziya ilə əməkdaşlıq çərçivəsində telelayihə formatında keçiriləcək.
AİOK-un prezidenti Aydın Piriyev rəhbərlik etdiyi təşkilatın bu layihəyə dəstək olacağını və layihənin həyata keçirilməsində aktiv iştirak edəcəyini bildirib. ATGTİ rəsmisi Elvin Hüseynzadə və Virtual Qarabağ İKT Mərkləzinin nümayəndəsi Rəşad Zeynalov da həmçinin çıxış edərək layihə barəsində fikirlərini bildiriblər.
Xatırladaq ki, layihə Azərbaycan Gənclər Fondunun maliyyə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ), Azərbaycan İntellektual Oyunlar Klubu (AİOK) və Virtual Qarabağ İKT Mərkəzinin təşkilati dəstəyi ilə keçirilir.
– See more at: http://salamnews.org/az/news/read/122861#sthash.u4pFNsmv.dpuf