Bakıda “nurçu “lara qarşı keçirilən əməliyyat zamanı saxlanılanlardan 4-ü azyaşlıdır

Noyabrın 19-da axşam saatlarında Bakının Yasamal rayonu ərazisində hüquq-mühafizə orqanları əməkdaşlarının “nurçu” dəstəsinə qarşı keçirdiyi əməliyyatla bağlı yeni faktlar məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, əməliyyat zamanı saxlanılan dəstə üzvləri azyaşlılar olub. Məlumata görə, saxlanılan şəxslərdən 4-ü azyaşlı “tələbə”, 1 nəfər isə 19 yaşlı “nurçu müəllim” olub. 19 yaşlı şəxs mənzildə nurçuluqla bağlı xüsusi təlimlər keçirmiş. Bina sakinlərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva prospekti, 75, mənzil 78 ünvanında əməliyyat tədbirləri keçirib və 5 nəfər saxlanılıb.

Əməliyyat keçirilən mənzilin 19 yaşlı müəllim tərəfindən kirayə götürüldüyü bildirilir. Hazırda faktla bağlı tədqiqat aparılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO