Bakı Dövlət Universiteti jurnalistlər arasında müsabiqə elan edib

Bakı Dövlət Universiteti (BDU) Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri arasında «BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyev» adlı müsabiqə keçirir.

Universitetin mətbuat və informasiya şöbəsindən SalamNews-a verilən məlumata görə, müsabiqəyə Heydər Əliyev və Bakı Dövlət Universiteti ilə bağlı yazılmış və bu ilin mart-aprel aylarında mətbuatda çap olunmuş yazılar təqdim edilə bilər. Materialın sonunda “BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur” yazısı mütləq qeyd olunmalıdır. İlk yeri tutana 500 manat, 2-ci yerə 300 manat (2 nəfər), 3-cü yer tutanlara isə 200 manat (2 nəfər) məbləğində pul mükafatı veriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO