Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir daha göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə meydanına çevrilib

VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir daha göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə meydanına çevrilib. Bunu Trend-ə açıqlamasında analitik Ehtiram Aşırlı deyib.

E.Aşırlı qeyd edib ki, Azərbaycanda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu təkcə ölkəmiz deyil, bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir: “VI Bakı Beynəlxalq Humanitar Forumunda müasir dünyamız üçün çox vacib olan məsələlər müzakirə olundu. Ölkəmizin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan sülh, təhlükəsizlik məsələlərində mühüm işlərin həyata keçirilməsinə nail olub. Humanitar Forumda media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzində oldu. Düşünürəm ki, bu Forum problemlərin həllinin, inkişafın yollarının müzakirəsi baxımından mühüm platformadır”.

Onun sözlərinə görə, VI Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi bir daha onu göstərir ki, Azərbaycan humanitar məsələlərin müzakirə məkanına çevrilib: “Azərbaycanın ideoloji baxımdan qazandığı uğurlar ermənilərin təcavüzkar siyasətinin ifşa olunmasında, Azərbaycanın həyat tərzinin, siyasətinin təcavüzkar və işğalçı ölkədən qat-qat yuxarıda olduğunu nümayiş etdirməkdə böyük rol oynayır”.

Analitik bildirib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz hər zaman beynəlxalq tədbirlərə yüksək səviyyəli ev sahibliyi ilə edib:

“Azərbaycan hər zaman təşkilatçılıq bacarığı ilə dünya ölkələrini heyrətləndirməyi bacarıb. Təbii ki, Ermənistan tərəfi digər sahələrdə olduğu kimi, bu sahədə də bizdən çox geridədir. Bir neçə həftə öncə ev sahibliyi etdikləri Frankofoniya sammitində biabir olmaları da bunun bariz nümunəsidir. Hərçənd ki, Frankofoniya sammiti heç də yüksək səviyyəli bir tədbir deyil. Bir sözlə, Bakı Forumu beynəlxalq tədbirləri keçirməkdə Azərbaycanın başlıca məqsədi ölkəmizin həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktını dünyaya çatdırmaqdır. Ən əsası, bu problemin həlli ilə bağlı Azərbaycanın dəyişməyən prinsipial mövqeyini göstərməkdir”.

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Trend:

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO