R.Behbudov adına Mahnı Teatrında Azərbaycan Yaradıcılıq Fondu, Özbəkistanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə özbək şairi və dramaturqu, əslən azərbaycanlı olan Maqsud Şeyxzadənin 100 illik yubiley tədbiri keçirilib.
Tədbirdə çıxış edənlər – Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, millət vəkili Eldar İbrahimov, Özbəkistanın ölkəmizdəki səfiri İsmətulla İqraşev görkəmli şairin iki mədəniyyət arasında körpü rolunu oynamasından bəhs ediblər.
Şair Özbəkistan ədəbiyyatında siyasi fəlsəfənin ən görkəmli nümayəndəsi kimi xarakterizə olunub. Tədbirdə ustad Şeyxzadənin sözlərinə yazılan mahnılar səsləndirilib.