Daxili İşlər Nazirliyi ATV telekanalının əməkdaşının bıçaqlanması haqda rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məluamata görə, dekabrın 10-da Yasamal rayonu ərazisindəki “Eyforiya” çay evində, Bakı şəhər sakinii Sənan Qayıblı münaqişə zəminində Nemət Cəfərova bıçaqla xəsarət yetirib.
S.Qayıblı Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulub.
Hazırda faktla bağlı istintaq davam edir.
Bakı şəhər sakini, 27 yaşlı Nemət Eldar oğlu Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti ağır-stabil qiymətləndirilir.
Modern.az