Bakıda amansızlıqla döyülən əcnəbi jurnalistlərin məsələsi DİN rəhbərliyinin öz nəzarətindədir

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələrilə bağlı aparılan istintaq hərəkətlərinə dair məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində dörd nəfər naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub. Bununla əlaqədar həmin gün İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib. Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün DİN-in və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlər Nazirliyin rəhbərliyinin nəzarətindədir. Qeyd edək ki, S.Devis hüquq müdafiəçisi, A.Erikson isə jurnalistdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO