Dövlət Neft Akademiyasında Sara Aşurbəylinin “Bakı şəhərinin tarixi” və “Şirvanşahlar dövləti” kitablarının təqdimetmə mərasimi keçirilib. Rus dilində yazılan hər iki kitab “Azərbaycan-Qazaxıstan” dostluq cəmiyyətinin dəstəyilə Azərbaycan və ingilis dillərinə tərcümə olunub.
Tədbirdə çıxış edənlər hər iki kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər. Tədbir çərçivəsində rəssam Təranə Məmmədova və Sabir Çopuroğlunun Bakının və neft sənayemizin tarixindən bəhs edən rəsm əsərlərinin sərgisi də keçirilib.