“Azərbaycan jurnalistikası bir sıra parametirlərinə görə məni qane etmir.”
SalamNews xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəxtiyar Sadıqov “Gənc Liderlər üçün Qış Universiteti”ndə gənclərlə görüşü zamanı bildirib.
O deyib ki, Azərbaycan jurnalistikasında peşəkarlıq səviyyəsi olduqca aşağı düşüb. Bu gün vətənpərvər jurnalistika olduqca aşağı səviyyədədir: “İnsanlar belə hesab edirlər ki, nə qədər tənqidi yazsalar, hər şeyi bəyənməsələr onlar üçün yaxşıdır. Söz azadlığında istifadə edib insanları təhqir etmək, şəxsiyyətinə toxunmaq olmaz. İnsan necə düşünürsə, o cür də danışmalıdır. İnsanın düşüncəsinə və dediyi sözə görə onu cəzalandırmaq olmaz. Bizim mətbuatımız və jurnalistikamız həddindən artıq siyasiləşib. Yerindən qalxan istəyir ki, siyasətdən dəm vuran məlumatlar yazsın. Siyasiləşmə isə o deməkdir ki, sən hər hansı bir hadisəyə, fakta öz qrupunun və partiyanın mövqeyindən yanaşasan. Bu halda informasiya aqressiv olur.”
– See more at: http://salamnews.org/az/news/read/113673#sthash.DRhhcZCO.dpuf