BƏƏ-nin WAM agentliyi AzərTAc ilə informasiya mübadiləsinə başlamağı təklif edib

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Elxan Qəhrəman bu ölkənin “Emirates News Agency” (WAM) dövlət informasiya agentliyinin icraçı direktoru Camal Nasir Əs-Süveydr ilə görüşüb.

Xarici İşlər Nazirliyindən SalamNews-a bildirilib ki, səfir dövlətlərarası əlaqələrin inkişafında medianın rolundan danışmış, bu sahədə rəsmi əməkdaşlığın hüquq-müqavilə bazasının qurulmasının vacibliyini diqqətə çatdırıb. Diplomat Camal Nasir Əs-Süveydri dünyanın bir çox ölkələrinin milli informasiya agentlikləri ilə sıx əlaqələrə malik olan AzərTAc ilə qarşılıqlı əməkdaşlıq münasibətlərini müzakirə etmək üçün Azərbaycana səfərə dəvət edib.

Camal Nasir Əs-Süveydr WAM ilə AzərTAc-ın beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunda – Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Xəbər Agentliklərinin Dünya Konqresi çərçivəsində yaxşı əməkdaşlıq etdiyini bildirərək deyib: “Biz beynəlxalq media qurumlarının fəal üzvü olan AzərTAc ilə rəsmi müqavilə əsasında əməkdaşlıq etməkdə maraqlıyıq. Bilirik ki, AzərTAc 2016-cı ildə həm OANA-nın XVI Baş Assambleyasına, həm də Xəbər Agentliklərinin V Dünya Konqresinə ev sahibliyi edəcək və 2019-cu ilədək hər iki qurumun sədri olacaq. Bu, böyük uğurdur, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.”

WAM-ın icraçı direktoru əməkdaşlıq müqaviləsi layihəsinin tezliklə hazırlanıb səfirliyin xətti ilə qarşı tərəfə göndəriləcəyini, sənədin cari ilin oktyabr ayında imzalanması üçün AzərTAc-ın baş direktorunu BƏƏ-yə səfərə dəvət etdiyini bildirib.

– See more at: http://salamnews.org/az/news/read/126020#sthash.J2l161zQ.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO