AZTV-nin tanınmış diktoru həyatla vidalaşıb

Tanınmış diktor Hicran Hüseynov 71 yaşında dünyasınını dəyişib.
SalamNews-un məlumatına görə, diktor uzun müddət qaraciyər serrozundan əziyyət çəkib. O, günorta saatlarında Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.
Xatırladaq ki, 1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlayan Hicran Hüseynov ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlib. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, “Günün ekranı” və “Xəbərlər” proqramının daimi aparıcısı kimi fəaliyyətini davam etdirib. 2006-cı ildə Respublika Prezidentinin fərmanı ilə Respublikanın “Əməkdar artisti” fəxri adına layiq görülüb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO