Aztəminatlı ailələrə dekoderlər dövlət tərəfindən veriləcək – MTRŞ sədri

“İnsanların tam rəqəmsal yayıma keçid üçün dekoder, riskiver, kinerlər adlanan aparatlar alması arzulanandır. İstəyirik ki, analoq yayım dayandırılanda hər hansısa problem ortaya çıxmasın.”

SalamNews-un məlumatına görə, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

O deyib ki, dövlət yalnız yerli kanallar üçün məsuliyyət daşıyır. Azərbaycanda isə ümumrespublika televiziya kanallarının sayı cəmi 10-a yaxındır və onlar pulsuz olaraq əhaliyə yayımlanır. Xarici kanalların yayımlanmasında dövlətin hər hansısa bir öhdəliyi yoxdur. Onların yayımı ilə ancaq özəl şirkətlər, kabel televiziyaları məşğul ola bilərlər: “2014-cü ildə tam olaraq rəqəmsal yayıma keçəcəyik. Biz əhalinin marağını nəzərə alırıq. Hesab edirik ki, bu işə tam hazırlaşmalıyıq və ondan sonra analoq yayımı dayandırmalıyıq. Çünki ölkədə kifayət qədər dekoderlər olmalıdır ki, əhali analoq yayım dayanan kimi, rəqəmsal yayımdan istifadə edə bilsin. Aztəminatlı əhaliyə dekoderlərin verilməsi ilə bağlı biz cənab prezidentə müraciət etmişik, Nazirlər Kabineti də bu məsələyə baxıb. Məsələ gündəmdədir. Ümid edirəm ki, bu məsələ yaxın gələcəkdə həllini tapacaq. Dekoderlərin verilməsi yalnız aztəminatlı ailələrə aiddir. Əhalinin böyük hissəsi rəqəmsal yayıma keçmək üçün indidən dekoderləri mağazalardan almalıdır.”

– See more at: http://salamnews.org/az/news/read/109725#sthash.eXBUdhqV.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO