Azərbaycanın tanınmış yazıçısı vəfat edib

Süleyman Rəhimovun oğlu, tanınmış yazıçı-publisist Şamo Arif vəfat edib.

Modern.az APA-ya istinadən bildirir ki, Ş. Arif iyunun 16-da 76 yaşında dünyasını dəyişib. O, iyunun 17-də Bakıda dəfn olunub.

Şamo Arif 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. O, geologiya və mineralogiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda çalışan alim, ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb.

İlk olaraq “Qoşa çinar” hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə “Göz dağı” povesti və “Anamın yuxusuna girməsin” romanını çap etdirib.

Sonuncu romanı “Qınamayın məni” olub.

Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələrlə çıxış edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO