Azərbaycanın Masallı rayonunda «Tarixi-nadir» kitabının nümunəsi aşkar edilib

Day.az saytının məlumatına görə, kitab Ərkivan kəndinin axundu Məşədi Həmidə məxsusdur. Onun sözlərinə görə, «Tarixi-Nadir» kitabının nadir nüsxəsini təsadüfən 30 il əvvəl qonşu badalan kəndində əldə etmişdir. Ərəb ədəbiyyatının bələdçisi kimi kitabı ona bir qoca bağışlayıb.

Kitabdan məlum olur ki, o 1272-ci ildə, yəni 157 il öncə mirzə Əmir Yusif Milani tərəfindən «xicri-qəməri» təqvimi ilə tərtib edilmişdir. Elmə məlumdur ki, 143 səhifədən ibarət kitabın müəllifi Mirzə Mehdi xandır. Belə ki, kitabda türk və müsəlman dünyasının sonuncu istilaçısı Nadir şah Afşarın həyatı və siyasi fəaliyyəti əks olunub. Məşədi Həmid kitabın üslubu hazırki fars dilindən əhəmiyyətli dərəcədə fərqlənir deyə, onu Azərbaycan dilinə çevirməkdə çətinlik çəkir. Odur ki, axund məmnuniyyətlə kitabı Azərbaycan dilinə tərcümə etmək istəyən şəxsə etibar edə bilər.

Mənbə: day.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO