Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə Belarus Respublikasında yüksək keyfiyyətlə çap olunmuş marka dövriyyəyə buraxılıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirilib ki, 100 min tirajla çap olunan markaların nominal dəyəri 30 qəpikdir.
Qeyd edək ki, filatelistlərin kolleksiyalarının zənginləşdirilməsində yenilik olan marka, eyni zamanda, məktubların üzərinə vurularaq bütün dünyaya yayılacaq.
Milli.Az