Bu il oktyabrın ikinci yarısında Türkiyə Qəzetçilər Federasiyasının başkanlar konseyinin növbəti toplantısı keçiriləcək. Bu barədə Modern.az saytına federasiyanın rəhbəri Atilla Sertel məlumat verib.
O, qeyd edib ki, toplantıya Azərbaycandan olan jurnalist birliklərinin rəhbərləri də dəvət ediləcək.
Xatırladaq ki, Azərbaycandan Türkiyə Qəzetçilər Federasiyasının üzvləri olan qurumlar Parlament Jurnaistləri Birliyi, “Yeni Nəsl” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Jurnalistlərin Həmkarlar İttifaqıdır.
A.Sertel onu da bildirib ki, növbəti toplantı Kayseridə keçiriləcək: “Başkanlar konseyinin toplantısında “Ermənilərin Azərbaycanda törətdikləri soyqırımlar fotolarda” sərgisi də olacaq. Bu toplantıya Türkiyənin prezidenti Abdulla Gülün də qatılacağı gözlənilir”.
Modern.az