“Azərbaycan söz azadlığının qorunmasını təkmilləşdirməlidir.
Bu gün Azərbaycanda söz və mətbuat azadlığı sahəsində əsaslı irəliləyişlərin olması vacibdir”.
APA-nın Avropa bürosu əməkdaşının məlumatına görə bu fikirləri Avropa Şurasının İnsan Haqları üzrə komissarı Tomas Hammarberq Azərbaycana etdiyi son səfərlə bağlı ölkə üzrə hazırladığı hesabatda bildirib. Komissarın dünən dərc edilmiş hesabatında əsasən ölkədəki söz və mətbuat azadlığının vəziyyəti azad toplaşma hüququ polisin davranışı məhkəmə sisteminin vəziyyətinə toxunulub eləcə də Naxçıvan Muxtar Respublikasına etdiyi səfərə dair bəzi müşahidələri qeyd olunub. Komissar milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün ölkədə diffamasiyaya görə cəzanın tətbiq edilməməsinin vacibliyini də bildirib. Jurnalistlərin peşəkarlığının artırılmasının vacibliyini qəbul edən T.Hammarberq eyni zamanda Mətbuat Şurası tərəfindən reket jurnalistlərə dair dərc edilmiş qara siyahının olmasından narahatlığını bildirir. Komissar həmçinin hökumət dairələrinə BBC “Azadlıq” və “Amerikanın səsi” radiolarının FM tezliyində yenidən yayımlanmasına icazə vermələrini də tövsiyə edir. T.Hammarberq hökumətin QHT-lərin qeydiyyata alınması prosedurunun asanlaşdırılması istiqamətində lazımi ölçü götürülməsinə hazır olmasını müsbət qarşılayır. Xatırladaq ki Tomas Hammarberq bu il martın 1-dən 5-dək Azərbaycanda səfərdə olub. O Azərbaycan prezidenti xarici işlər naziri ədliyyə naziri daxili işlər naziri baş prokuror Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Ombudsman və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşlər keçirib. Görüşlərdə mətbuat azadlığı məhkəmə-hüquq sistemi hüquq-mühafizə orqanları əməkdaşlarının davranışı QHT-lərlə bağlı qanunvericilik bazası müzakirə olunub. T.Hammarberq Naxçıvana da səfər edib.