1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməyilə erməni hərbi dəstələri müdafiəsiz və silahsız Xocalı şəhərinə hücum etmişlər. Bir gecə içində qədim Xocalı şəhəri yerlə yeksan edilmişdir. Şəhəri tərk etmək məcburiyyətində qalmış yerli sakinlər dağ və meşələrdə gizlənməyə çalışmış, lakin ermənilər onları xüsusi amansızlıqla qətlə yetirmişlər. Soyuq, qarlı qış gecəsində qızlar və qadınlar əsir düşmüş və girova çevrilmişlər. Erməni quldurlarından meşə və dağlara qaçıb gizlənən bir çox dinc sakin orada soyuqdan vəfat etmişlər…
Allah rəhmət eləsin!