Azərbaycanda jurnalistlər arasında diffamasiya ilə bağlı sorğu keçirilir

Azərbaycanda jurnalistlər arasında diffamasiya ilə bağlı sorğu keçirilir.

“RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə gerçəkləşdirdiyi “Diffamasiya haqqında qanun”un qəbulunda ictimai təşəbbüslərin rolu” layihəsi çərçivəsində KİV redaksiyaları və jurnalistlər arasında sorğulara başlayıb”, – bazar ertəsi Trend News-a komitədən bildirilib.

Trend News-un arayışı: “Diffamasiya haqqında” qanun layihəsinin qəbulu ilə bağlı bu ilin mayında 6 jurnalist təşkilatı – Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

“Diffamasiya haqqında” qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Layihəni hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri və hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Sorğu üçün hazırlanan anket ölkənin aparıcı KİV-lərinin redaksiyalarına göndərilib. “Anketdə rəyi soruşulanlara mövzu ilə bağlı ümumilikdə 8 sual ünvanlanıb. Sualların qoyuluşunda diffamasiya haqqında qanunun qəbulunun ölkədə söz və mətbuat azadlığı prinsiplərinə, jurnalistlərin yaradıcılıq imkanlarına təsirinə, həmçinin məsələ ilə bağlı digər nəzərəçarpan cəhətlərə də diqqət yetirilib”, – məlumatda vurğuıanır.

Dekabrın 12-dək davam edəcək sorğunun nəticələri ayın sonunda “Diffamasiya: cəmiyyət ona hazırdırmı?” mövzusunda keçiriləcək dəyirmi masada müzakirə olunacaq. Tədbirdə həmçinin “RUH” AJMK-nın mövcud layihə çərçivəsində dövlət qurumları, idarə, müəssisə və təşkilatların təmsilçiləri arasında bu ilin noyabrında apardığı analoji sorğunun nəticələri də diskussiya predmentinə çevriləcək.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO