Fevralın 11-də Ekologiya və təbii sərvətlər naziri, Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Hüseyn Bağırov ilk Azərbaycan-Antarktida ekspedisiyasının nəticələrinə həsr olunan üç kitabın – “Antarktida gündəliyi”, “Antarktida iqlimi. Qlobal təsirlər” və “Hondvananın donmuş parçası” kitablarının təqdimatını keçirib.
Kitabda ilk Azərbaycan-Antarktida ekspedisiyasının 37 günlük səfərinin təfərrüatları öz əksini tapıb.
Qeyd edək ki, bu kitab Antarktida ilə bağlı Azərbaycanda çap olunan ilk nəşrlərdir.