Bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu məlumat verib. O bildirib ki, birliyə axın həddən artıq çox olduğundan qurum ötən il üzvlüyə qəbulu dayandırmaq məcburiyyətində qalıb: “AYB-yə qəbul ekspertlər tərəfindən aparılacaq və kifayət qədər ciddiləşdiriləcək. Yalnız o şəxslər birliyə üzv qəbul olunacaqlar ki, onların yaradıcılıqları uzunmüddətli olsun. Yoxsa beş-altı şer, mahnı mətni yazırlar, sonra da qələmi qoyurlar yerə, adları da qalır şair. Halbuki yazıcılıq, şairlik bir peşə olmalıdır. Hazırda AYB-də bu vəzifəni yerinə yetirən heç 10 faiz üzv yoxdur”.
Qeyd edək ki, hazırda AYB-nin 1500-ə qədər üzvü var. Onlardan 250-si fəxri üzvlərdir.