Azərbaycan xaricilər üçün telekanal açır

“Bu ay yeni televiziyanın açılması ilə əlaqədar müsabiqə elan olunması barədə qərar verilə bilər. Biz artıq bununla bağlı müzakirələrə başlamışıq”. O, beynəlxalq televiziyanın açılması ilə bağlı Şuraya özəl şirkətlərdən müraciətlərin daxil olduğunu, müzakirələrin də məhz bu müraciətlər əsasında aparıldığını qeyd edib.

Yeni beynəlxalq televiziyanın hansı tezlikdə yayımlanacağı isə hələ müəyyənləşməyib. N. Məhərrəmli MTRŞ-nın ehtiyat tezliklərinin olduğunu, bununla bağlı heç bir problem yaranmayacağını vurğulayıb. O, yeni kanalın dövlət hesabına yox, özəl fəaliyyət göstərəcəyini də sözlərinə əlavə edib.

N. Məhərrəmli yeni beynəlxalq televiziyanın açılmasının hansı zərurətdən yaranmasına da aydınlıq gətirib: “Son zamanlar Azərbaycan xarici televiziyaların, radiostansiyaların yayımının dayandırılması ilə bağlı qərarlar qəbul etdi. Amma bizim ölkəmizdə bununla razılaşmayan insanlar var. Ən optimal variant ölkədə beynəlxalq televiziyanın yaradılmasıdır. Bu televiziyada bir yox, bir neçə xarici dildən istifadə olunacaq”.

SAMF

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO