May ayının 5-dən 15-dək Tehranda 23-cü beynəlxalq kitab sərgisi reallaşacaq. Sərgidə Azərbaycan da təmsil olunacaq. Sözügedən sərgidə həmçinin Türkiyə, İordaniya, Livan, Misr, İngiltərə, ABŞ, Alman, Böyük Britaniya, Belçika, İspaniya, Pakistan, Rusiya, Çin və digər ölkələr özlərinə məxsus olan dini, elmi, ədəbi kitablarla təmsil olunacaqlar. Sərgidə beynəlxalq təşkilatların nəşrləri, o cümlədən BMT-nin kitab nəşri bölməsi, YUNESKO və İslam İnsan Haqları Komissiyası da öz nəşrlərini nümayiş etdirəcəklər.