Martın 6-da “Excelsior” otelinin “Əlincə” zalında “Azərbaycan qadını naminə” kitabının çapdan çıxmasına həsr olunmuş mətbuat konfransı keçiriləcək. Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycan Respublikasında qadın siyasəti haqqında” 6 mart 2000-ci il tarixli fərmanının 10 illiyinə həsr olunub. Kitabda ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qadın siyasəti ilə əlaqədar çıxış və müraciətləri, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın qadınların beynəlxalq əhəmiyyətli tədbirlərdəki çıxışları yer alıb. Qeyd edək ki, kitab Azərbaycan, ingilis və rus dillərində nəşr edilib.
Mətbuat konfransında akademik Asəf Nadirov və yeni nəşrin elmi məsləhətçisi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edəcək.