“Azərbaycan” ədəbi-bədii jurnalının növbəti sayı işıq üzü görüb. Yeni sayının “Poeziya” bölməsində şairlərdən A. Həbiboğlu, M. Yusifqızı, İ. İmanzadə, T. Taisoğlu, Q. Əhməd, F. Müslüm, İ. Tapdıq, M. Həbib, H. Səfər, Ə. Rəsul, B. Daşdılı, G. Ağabalaqızının şeirləri yer alıb. Dərginin “Nəsr” bölümündə Kamil Əfsəroğlunun “Biri vardı…” və “Ağrı” adlı hekayələri, Əlabbasın “Qaraqovaq çölləri” romanı verilib. “Yeni tərcümələr” bölümünə məşhur yazıçı Orhan Pamukun “Pəncərədən baxmaq” əsəri daxil edilib. “Publisistika”dakı “Gündoğandan günbatana” yazısı Zakir Sadatlınındır. “Məhəmməd Hadi -130” rubrikasında İslam Qəriblinin “Füyuzat”ın şairi” məqaləsi oxucuların diqqətinə çatdırılıb. Dərginin “Aktual söhbət”ində araşdırmaçı Elçin Muxtar Elxanın “Kitab və oxu mədəniyyətimiz bu gün” yazısı dərc olunub. Jurnalın digər bölmələrində oxucuların maraqlarına səsəb olacaq ədəbi-tənqidi məqalələr yer alıb.