Azərbaycan Media Mərkəzindən oğurluq edilib.
Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, mayın 18-də saat 16.00 radələrində D.Əliyeva küçəsində yerləşən Media Mərkəzindən iki ədəd noutbuk oğurlanıb. Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Adil İmamquliyev tutulub.