Azərbaycan Media Mərkəzi ilə RATİ ilə birləşdi

İnternational Media Support (İMS) öz layihəsi olan Azərbaycan Media Mərkəzinin (AMM) yerli media təşkilatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) ilə birləşdiyini elan edib.
Modern.az xəbər verir ki, 2012-ci ilin yanvarından etibarən, Azərbaycan Media Mərkəzi RATİ-nin Azərbaycanda ifadə azadlığının inkişaf etdirilməsi üzrə genişləndirilmiş proqramına paralel olaraq, RATİ vasitəsilə media və vətəndaş cəmiyyəti üçün məkan və xidmətlər təmin edəcək.

2008-ci ilin oktyabrında yaradılmasından etibarən, Azərbaycan Media Mərkəzi (AMM) 600-dən yuxarı tədbirə ev sahibliyi edib, sosial mövzular və mətbuat azadlığı üzrə 40 debat və 30 ictimai müzakirə təşkil edib. Mərkəz ümumilikdə təqribən 15 min nəfərə tərəfindən ziyarət edilib. Bununla yanaşı, AMM internet televiziyasının fəaliyyətinə imkan yaradıb, burada 30-dan yuxarı canlı internet debatları keçirilib, 20-dən yuxarı təlim sessiyası təşkil edib ki, bunun da yarıdan çoxu nüfuzlu beynəlxalq mütəxəssislər tərəfindən həyata keçirilib. Tələb səviyyəsi yüksək olan mövzularda təlimlər keçirilib və hər bir təlim modulu Azərbaycan mediasının spesifik ehtiyaclarına həsr edilib.

Azərbaycan və onun xaricində yaxşı təşkil olunmuş AMM öz tərəfdaş şəbəkəsini genişləndirməkdə davam edir. Dünya Qəzetlər və Xəbər Naşirləri Assosiasiyası, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası (İREX), Açıq Cəmiyyət İnstitutu, Deutsche Welle Akademiyası, Avropa Şurası və peşəkar standartları təbliğ edən digər media təşkilatları AMM yaranandan etibarən, onunla əməkdaşlıq edirlər.

İMS hesab edir ki, Azərbaycanda fəaliyyətini yenidən qurmağın vaxtı çatıb. Mərkəzin sonda yerli Azərbaycan mediasının mülkiyyətinə keçməsini nəzərdə tutan əsas plana uyğun olaraq, AMM hazırkı ünvanını boşaldacaq və nisbətən gənc, lakin sürətlə böyüməkdə olan media təşkilatı – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu ilə birləşəcək.
“Cəmi bir neçə il ərzində RATİ medianın qorunması ilə məşğul olan bir QHT-dən Azərbaycanda azad medianın inkişafına ədalətli yanaşması olan sağlam düşüncəli və aktiv təşkilata çevirlib.

Bu birləşmə Azərbaycan mediası və vətəndaş cəmiyyəti üçün göstərilə bilən xidmətlərin miqyasını genişləndirməklə yanaşı, ölkədə azad və müstəqil mətbuatın inkişaf etdirilməsi üçün əlavə töhfələr verəcəkdir”—deyə təşkilatın açıqlamasında bildirilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO