Mayın 30-dan iyunun 14-dək Türkiyədə 10-cu Beynəlxalq Türk dili Olimpiadası keçiriləcək. Tədbiri işıqlandırmaq üçün Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin (KİV) əməkdaşları Qafqaz Universitetinin təşkilatçılığı ilə iyunun 1-dən 3-dək İstanbulda səfərdə olacaqlar. Bu barədə SalamNews-a Qafqaz Universitetinin mətbuat katibi Rəcəb Rzayev məlumat verib.
O bildirib ki, olimpiadada 140 ölkədən nümayəndə iştirak edəcək. Məqsəd türk dilini tanıtmaq və sevdirmək, dünyanın müxtəlif ölkələrinin mədəniyyətləri, adət-ənənələri, təhsili və milli dəyərləri ilə tanışlıq, onların bir araya gətirilməsidir.
Azərbaycandan gedəcək jurnalistlər arasında SalamNews İnformasiya Agentliyinin və İnterAz televiziyasının əməkdaşı Vasif Həsənli də var.