Azərbaycan hüquq müdafiəçiləri xarici vicdan məhbuslarını dəstəkləyirlərmi?

«Azərbaycan hüquq müdafiəçiləri «Beynəlxalq Amnistiya» təşkilatının vicdan məhbusları kimi gördükləri siyasi məhbusları dəstəkləyirmi?» hüquq müdafiəçisi Novella Cəfəroğlu «Rusiya, Qırğızıstan, İran və digər ölkələrdə jurnalistlərin hüquqları pozulanda, biz onların müdafiəsinə qalxır və dəstəyimizi imza toplamaqla ifadə edirik», – deyə söyləyir. Digər hüquq müdafiəçisi Çingiz Qəniyev bu istiqamətdə konkret addımların atılması üçün hər hansı xususi imkanın olmadığını bildirir: «İnsan hüquqları sahəsində kifayət qədər problem var, hüquq müdafiəçilərinin işi az deyil». Vəkil İsaxan Aşurov hüquq müdafiəçilərimizin real şəkildə xaricdəki siyasi məhbusları dəstəkləmək və güclü kampaniyalar təşkil etmək iqtidarında olmadığını vurğulayır. «Şərq-Qərb» Tədqiqat Mərkəzinin başçısı Ərastun Oruclu isə bəyan edir ki, Azərbaycan hüquq müdafiəsi sistemi hələ ki, beynəlxalq səviyyədə kampaniyalar aparmağa hazır deyil.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO