«Analitika» rubrikası fəlsəfə elmləri doktoru İlham Məmmədzadənin «Azərbaycansayağı modernləşmə haqqında» adlı məqaləsi ilə başlayır. Bu rubrikada həmçinin, fəlsəfə elmləri namizədi, əməkdar elm xadimi Rəfiqə Əzimovanın «Maarifçilik fəlsəfəsi yeniləşən cəmiyyətin vacib amilidir» məqaləsi təqdim edilir.
«Sivilizasiyaların dialoqu» bölməsi fəlsəfə elmləri doktoru Rəna Mirzəzadənin «Beynəlxalq qadın hərəkatının yaranma və inkişaf dinamikası» məqaləsindən başlayır. Məqalədə alim XX əsrin xüsusiyyətlərini, onun qadın məsələsini aktuallaşdıran dəyişkən xarakterini təhlil etməyə çalışır. Fəlsəfə elmləri namizədi Röidə Rzayevanın «Postmodern modernin davamıdırmı?» məqaləsində postmodern müasir dünyanın interpretasiyalarından və dünyaya münasibətlərindən biri kimi təhlil edilir.
«Siyasət» bölməsində gənc analitik Seymur Məmmədyarovun «Özbəkistan və Gürcüstanda prezident seçkiləri: Azərbaycandan baxış» məqaləsi yer alıb. Həmiçnin Cavanşir Feyziyevin «Ümumbəşəri əxlaqi dəyərlər və etnosiyasi münaqişələrin təhlilində onların rolu» elmi məqaləsi də bu bölmədə dərc olunub.
«Geosiyasət» bölməsində fəlsəfə elmləri doktoru Nazim Səfərovun «İkinci dünya» və liberal demokratiya» məqaləsi təqdim edilmişdir. Bu bölmədə həmiçnin Rusiyanın tanınmış alimi Tahir Maxamatovla müsahibə təqdim edilmişdir. Bölməyə ənənəvi olaraq, siyasətçilərin reytinqini açıqlayan sorğunun nəticələri də əlavə edilmişdir.
«Vətəndaş cəmiyyəti» rubrikası Mübariz Əhmədovun «Jurnalist etikasına dair bəzi məsələlər» məqaləsi ilə başlayır. Məqalədə müəllif Azərbaycan reallıqlarının mürəkkəb problemlərin fəlsəfi-nəzəri baxışını göstərməyə çalışır.
Jurnalın nömrəsini «Elmdə layihələr» rubrikası tamamlayır. Burada fəlsəfə elmləri namizədi Yevgeniya Metyelovanın dərin məzmunlu «Fridrix Nitsşenin cəmiyyətə zidd sarkazmı» məqaləsi verilmişdir.
Qeyd edək ki, jurnal 2007-ci ilin iyun ayından işıq üzü görür və bu günə qədər 9 sayı dərc olunub. Jurnalın redaksiya heyyətinə Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Avstriya, Bolqarıstan, Rusiya, Belçika, ABŞ, Fransa və Almaniyadan da tanınmış elm adamları daxildir. Həmçinin jurnalın İnternet saytı da fəaliyyət göstərir və dərginin elektron variantı ilə www.todayandtomorrow.az ünvanında tanış olmaq olar.
Mənbə: SAMF