İki gündür ki, “Aznews.az” saytının səhifəsi açılmır. Bununla bağlı saytın baş redaktoru Nahid Canbaxış Modern.az- açıqlamasında bildirib ki, saytın işi hakker hücumları ilə bağlı dondurulub.
“3-4 yerdən saytımıza kiber hücum olub. Bu baxımdan saytın serveri dondurulub. Hücumların qarşısının alınması üçün yeni proqram yazılır. Yaxın saatlarda saytın fəaliyyəti bərpa olunacaq”.