“Azərbaycan Hava Yolları” QSC (AZAL) “Yeni Müsavat” qəzetini məhkəməyə verib.
SalamNews-un verdiyi xəbərə görə, bu barədə bu gün qəzetin hüquqşünası Vaqif Hüseynə istinadən Reportyorların azadlıq və Təhlükəsizlik İnstitutundan (RATİ) məlumat verilib.
Vəkilin sözlərinə görə, məhkəmə iddiasına, “Yeni Müsavat”ın 10 may 2012-ci il tarixli sayında dərc olunan “AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib” başlıqlı məqalənin dərc olunması səbəb olub.
“İddia ərizəsi Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hazırlıq iclası iyulun 4-ə təyin olunub, işə hakim Ziya Əliyev baxacaq”, – Vaqif Hüseyn bildirib.