“Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub.
SalamNews xəbər verir ki, bu barədə “Azadlıq” qəzetinin redaktor müavini Rahim Hacıyev məlumat verib.
O deyib ki, Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Şöbəsinin “Araz-Avia” ticarət mərkəzinin (“Binə bazarı”) rəhbəri Kəbirə Məmmədovanın iddiası ilə çıxarılmış məhkəmə qərarının icrasına başlaması ilə bağlıdır.
Məhkəmənin çıxardığı qərara əsasən, qəzet və onun əməkdaşı Ramin Deko Kəbirə Məmmədovaya 32 min manat ödəməlidir.
Qeyd edək ki, 1989-cu ilin dekabrından nəşrə başlayan qəzet o dövrdə Azərbaycan Xalq Cəbhəsi tərəfindən təsis olunub. Qəzetin ilk baş redaktoru mərhum jurnalist Nəcəf Nəcəfov olub.
– See more at: http://salamnews.org/az/news/read/99656#sthash.PZBE05zy.dpuf