Azərbaycanlı teleaparıcı kitab yazdı

Tanınmış jurnalist, sabiq teleaparıcı, Park Bulvar AVM-in piar-meneceri Günay Malikqızı kitab yazıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, nəşr “Yaddan çıxmaz Qarabağ” adlanır. Qeyd edək ki, bu onun ilk kitabıdır.

Müəllif bildirib ki, nəşrdə kiçik yaşlarında doğma torpaqlarından didərgin düşmüş, qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum edilmiş gənc nəsil Qarabağı görmədən Qarabağ haqqında bildiklərini dilə gətirib:

“Bu hekayələr kitab şəklində çap olunub. Kitab Azərbaycan Maarifçi Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və və inteqrasiyanın gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində nəşr olunub”.

Məlmat üçün bildirək ki, yanvarın 17-də saat 12.00-da Park Bulvar AVM-də Tusi Bohm Planitariumda kitabın təqdimatı keçiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO