Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Quba rayonunda bu aydan ilk dəfə DVB-T2 standartlı çoxproqramlı rəqəmli televiziya paketlərinin kommersiya yayımını həyata keçirəcək.
SalamNews-un məlumatına görə, bunu “Teleradio” İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov məlumat verib.
Onun sözlərinə görə, nəticədə Quba, Qusar, Xaçmaz, Dəvəçi və s. rayonların əhalisi xarici ölkələrin 60-dan çox müxtəlif televiziya proqramını izləyəcəklər. Hazırda kommersiya yayımının həyata keçirilməsi istıqamətində hazırlıq işləri görülür. Belə ki, DVB-T2 standartlı rəqəmli yayımı təmin edən verici və anten-fider sistemləri alınaraq quraşdırılıb, proqramların baş stansiyadan çatdırılması üçün Quba TKQ-dən Quba rayonu Dağlı qəsəbəsində yerləşən radio-televiziya stansiyasına “FO-24” optik kabeli çəkilir. Yaxın günlərdə yayıma başlanılacaq.
Ümumiyyətlə, yeni quraşdırılan vericilər təkcə quraşdırıldıqları rayonlarda yox, ətraf rayonlarda da radio-televiziya verilişlərinin qəbulunun keyfiyyətini yüksəldib və əhatə dairəsini daha da genişləndirib.
– See more at: http://salamnews.org/az/news/read/118584#sthash.VrJUrZcu.dpuf