Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda vençur fondlarının yaradılması məsələsini nəzərdən keçirir.
Trend-in məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
O bildirib ki, bu, ölkənin innovativ inkişafının tələb və tərkib hissələrindən biridir: “Bununla əlaqədar olaraq yaxın gələcəkdə belə şirkətlər Azərbaycanda fəaliyyətə başlayacaqlar”.
E.Vəlizadə qeyd edib ki, nazirlik daha əvvəl vençur maliyyələşdirməsinin IT sahəsinə cəlb edilməsi məsələsini “Global Venture Alliance” (GVA) və “Global Catalyst Partners” (GCP) kimi vençur fondları ilə müzakirə edib: “Bu fondlar Azərbaycanda perspektivli “startap” layihələrinə investisiya yatırmağa hazırdır”.