Azərbaycanda uşaqlara alkoqollu içki və tütün məmulatları satanlar üçün cərimələr artırıldı

Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqlara alkoqollu içki və tütün məmulatları satanlar bundan sonra daha yüksək məbləğdə cərimələnəcəklər.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi qəbul edilib.
Yeni dəyişikliklərə əsasən, yetkinlik yaşına çatmayan uşaqlara etil (yeyinti) spirti, alkoqollu içki və tütün məmulatlarının satılmasına görə, tətbiq edilən cərimənin məbləği artırılır. Belə hallara görə tətbiq edilən cərimənin məbləği 100 manat olacaq. Hazırda isə bu cərimənin məbləği 15 manatdan 40 manata kimidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO