Azərbaycanda televiziya sahəsində yeni xidmət istismara veriləcək

Azərbaycanda yeni televiziya yayım standartının – HLS (HTTP Live Streaming) kommersiya istismarına başlanılır. Bu barədə Trend-ə “A+A Group of Companies” şirkətindən məlumat verilib.
Layihə Azərbaycan Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) ilə birgə reallaşdırılır.
Xidmətə iyunun ortalarında qoşulmaq mümkün olacaq. İstifadəçilər bir neçə televiziya paketindən yararlanacaqlar. Paketlərdə kanalların sayı 60 (baza paketi) və daha çox arasında dəyişəcək. Yeni xidmət internet provayderlərlə olduğu kimi, pərakəndə satış məntəqələri ilə də birgə tətbiq ediləcək.
Abunə haqqı 7 manat təşkil edəcək. Ödənişi onlayn və ictimai yerlərdə quraşdırılan ödəniş terminalları vasitəsilə həyata keçirmək mümkün olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO